Əsas Səhifə > Şou-biznes > "Toylarım çoxdur deyə paxıllığımı çəkirlər"

"Toylarım çoxdur deyə paxıllığımı çəkirlər"


4-08-2021, 15:42
"Toylarım çoxdur deyə paxıllığımı çəkirlər"
"Həmişə hər yerdə paxıllığımı çəkiblər. Burada "Maşın şou" da da ilk gündən şəklimi atıb, paxıllığımı çəkiblər. Əsas odur ki, Allah məni sevsin, bəndə nə karədir?"

Bu sözləri son zamanlar başı qalmaqallardan açılmayan aşıq Namiq Fərhadoğlu öz "İnstagram" hesabında yazıb. Aşıq vaxtilə iştirak etdiyi maşın yarışmasından kadrlar paylaşaraq, onu sevməyənlərə öz ürək sözlərini bü cür ifadə edib.

Cebhe.info-ya danışan aşıq yazdığı fikri təsdiqləyərək, sənət adamları, televiziya işçilərinin onun paxıllığını çəkdiyini iddia edib:

"Mənim paxıllığımı çəkmələrinə səbəb budur ki, öndəyəm, toylarım çoxdur, efirlərdəyəm, tələbələrim var".

Qeyd edək ki, ötən ay aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Şikayətçi hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib. Namiq Hüseynovun qadına qarşı zorakılıq etdiyi anların səs yazısı yayılmışdı.


Geri qayıt