Əsas Səhifə > Şou-biznes > “Nəyə icazə verilirsə, onunla kifayətlənməliyik, məntiqli olsa da, olmasa da...”

“Nəyə icazə verilirsə, onunla kifayətlənməliyik, məntiqli olsa da, olmasa da...”


23-06-2021, 10:49
“Nəyə icazə verilirsə, onunla kifayətlənməliyik, məntiqli olsa da, olmasa da...”
“Mən bir neçə gün öncə aparıcı Rövşanə xanımın sizin saytınızda toylarla bağlı açıqlamasını oxudum. Çox düzgün fikirlər səsləndirmişdi. Elə həmin şeydi də. Hardasa 100-150 nəfər restoranda oturur, amma bir bəylə-gəlin yoxdur”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Eldost Bayramlı deyib. E.Bayramlı məntiqli olsa da, olmasa da yeni toy qaydalarıyla kifayətlənməyimizi bildirib:

“Toylarla bağlı nəyə icazə verirlərsə, onunla kifayətlənməliyik. Orda məntiq olsa da, olmasa da. Mən bir neçə gün öncə aparıcı Rövşanə xanımın sizin saytınızda toylarla bağlı açıqlamasını oxudum. Çox düzgün fikirlər səsləndirmişdi. Elə həmin şeydi də. Hardasa 100-150 nəfər restoranda oturur, amma bir bəylə-gəlin yoxdur. Bir azərbaycanlı kimi ona təəssüflənib əsəbiləşirəm ki, ailə institutu Azərbaycanda, keçmiş. SSRİ-də ən güclü institutlardan biri olub. Millət də bununla artıb, çoxalıb. 44 günlük müharibəni elə həmin anadan olan uşaqlar etdi. Sabah bir şey olanda bəs kim edəcək?! Bu, məntiqsizlikdi. Gedib restoranda 100-150 nəfərlə yeyib-içirsən, amma bəy və gəlinə icazə verilmir. Niyə onlar evlənməməlidir, niyə ailə həyatı qurmamalıdır?! Azərbaycanda bundan sonra artım olacaqmı?! Artıma böyük ehtiyacımız var. Bəzən elə məntiqsiz hərəkət olur ki, özün də məəttəl qalırsan.

Allah Azərbaycanımızı var eləsin, gələcəyimizi, xalqımızı xoşbəxt eləsin. Bu xoşbəxtliyi balalarımıza qismət eləsin”.


Geri qayıt