Əsas Səhifə > Şou-biznes > "Toyların olmaması bu günə kimi bizə maddi və mənəvi zərər vurub"

"Toyların olmaması bu günə kimi bizə maddi və mənəvi zərər vurub"


22-06-2021, 17:10
"Toyların olmaması bu günə kimi bizə maddi və mənəvi zərər vurub"
“Düşünürəm ki, toysuz ailə quran gənclərimiz bundan sonra toyunu edə bilər və buna da heç kim pis baxa bilməz”

Bunu Moderator.az-a açıqlamasında müğənni Səyyad Əlizadə deyib. Müğənni təklif edib ki, pandemiya dövründə toysuz ailə quran gənclər, indi bu fürsətdən yararlanıb toylarını edə bilərlər:

“Toyların olmaması bu günə kimi bizə maddi və mənəvi zərər vurub. Nə qədər valideynlər övladlarının toyunu edə bilmədi. Toy böyük bir biznesdi və burdan milyonlarla insanlar faydalanırdı. Bununla həm də insanlar arasında işsizlik yarandı. Əsas da o idi ki, insanlar arzularına çatmırdı, valideynlərin arzusu var idi ki, övladlarına toy etsin, amma pandemiya buna imkan vermədi. Bir çox gənclərimiz toysuz ailə qurdular. Düşünürəm ki, toysuz ailə quran gənclərimiz bundan sonra toyunu edə bilər və buna da heç kim pis baxa bilməz. Hər gəncin həyatında bir dəfə toy olur. Düzdü, elə adamlar olub ki, üç dəfə toyuna getmişəm və dördüncü dəfə çağıranda demişəm ki, ayıb deyil, adam nə qədər evlənər. Yəni belə şeylər də olur və bunu heç kimə arzulamıram. Amma normalda insan həyatında bir dəfə toy olur. O da çox təəssüf ki, çətin bir zamana düşdü. Mən təklif edirəm ki, toysuz ailə quran gənclər indi toylara icazə verildiyi üçün toyunu etsin və arzusuna çatsınlar.

Allah bizi bir də belə sınağa çəkməsin. Qarabağdakı qələbəmiz bizə bir çox çətinlikləri unutdurdu. Allaha şükürlər olsun ki, xalqımız öz arzusuna çatdı və Qarabağ Azərbaycana qovuşdu”.



Geri qayıt