Əsas Səhifə > Şou-biznes > "Minalı ərazilərin təmizlənməsində həbsdəki erməni terrorçularından istifadə edək..."

"Minalı ərazilərin təmizlənməsində həbsdəki erməni terrorçularından istifadə edək..."


5-06-2021, 10:46
"Minalı ərazilərin təmizlənməsində həbsdəki erməni terrorçularından istifadə edək..."
“Məhərrəm İbrahimov və Sirac Abışovun Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmaları çox ağır bir faciə, fəlakət və dərddir. Çox üzgünəm. Heyf onların yaşından, heyf onların gəncliyindən, heyf onların yarım qalmış ömründən. Bu elə bir faciədir ki, bu hadisə qarşısında insanın sözü də, özü də aciz qalır. Şəhid olan jurnalistlərin ailələrinə, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm, səbr diləyirəm. Allah rəhmət etsin, yerləri zatən behiştdir”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib. Sənətçi daha sonra əlavə edib.

“Bu, ermənilərin növbəti təxribatlarının nəticəsidir. Ona görə ki, jurnalistlər ora gedəndə hər şey dəqiqləşdirilir ki, hansı yoldan keçmək olar hansı yoldan yox! Necə ola bilir ki, müəyyən olunmuş yollardan keçəndə minaya düşürlər?! Bu təxribatı törədənlər, düşmən tərəf mütləq cavabını almalıdır. Başqa cür ola da bilməz! Biz o qədər insanpərvər bir millətik ki, əlimiz qalxmır düşmənə də pislik etməyə. Amma görürsünüz ki, düşmən öz mənfur hiyləgər, iyrənc hərəkətlərindən əl çəkmir. Bu hadisə mənə elə təsir etdi ki, elə bil müharibə sanki yenidən başlayıb. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, xəritənin verilməyəcəyi təqdirdə əks-tədbirlər görməli, o cümlədən xüsusi minalama taktikasından bəhrələnməli, həmçinin Beynəlxalq təcrübəyə uyğun olaraq minalı ərazilərin təmizlənməsində həbsdəki erməni terrorçularından istifadə etməlidir! Bununla da Azərbaycanın dinc vətəndaşlarına qarşı mina terroruna son qoyulmalıdır” deyə Aybəniz Haşımova bildirib.



Geri qayıt