Əsas Səhifə > Şou-biznes > “Televiziyalarda millətin qalibiyyət ruhunu öldürən qüvvələr var“

“Televiziyalarda millətin qalibiyyət ruhunu öldürən qüvvələr var“


31-05-2021, 17:08
“Televiziyalarda millətin qalibiyyət ruhunu öldürən qüvvələr var“
Vətən müharibəsindən sonra şəhid ailələrinə diqqət və qayğı nəzərəçarpacaq dərəcədə artıb.

Təkcə rəsmi qurumların nümayəndələri deyil, mətbuat da bu mövzuya həssas yanaşır. Amma bu proses özlüyündə birmənalı qarşılanmır.

Şəhidlər haqda hazırlanan televiziya verilişlərində ailənin azyaşlı övladlarının ekrana çıxarılması, hansısa yollarla ağlamağa məcbur edilməsi tənqid hədəfinə çevrilir.

Bəzi sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, şəhidlərin övladlarının efirdə gözyaşı axıtması düzgün deyil.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanımış aparıcı-şoumen Kamran Həsənli bəzi telekanalların bunu reytinq xətrinə etdiyini bildirib:

“Şəhid ailələrindən olan azyaşlı uşaqların efirdə göstərilməsi əlbəttə ki, düzgün deyil. Ümumiyyətlə televiziyalarda Vətən Müharibəsindən sonra bəzi məqamlarda bizi gözdən salmağa, millətin qalibiyyət ruhunu öldürməyə çalışan qüvvələr var. Ona görə də televiziyonçular çox ehtiyyatlı olmalıdırlar.

Ola bilər ki, kimsə öz ideyalarını verir, həm də özləri reytinq xərtinə bunu edirlər. Bizim telekanallar reytinq xətrinə hər şeyə gedirlər”. Teleaparıcı bunun əslində antireytinq olduğunu qeyd edib:

“Əslində bu özü onlara qarşı antireytinqdir, amma təəssüf ki, bunu başa düşmürlər. Onlar elə bilirlər ki, insanlar hər hansı süjetə baxıb onları söyürsə, bu özü reytinqdir. Bu reytinq deyil! Ona görə azyaşlıları efirə çıxarmaq qətiyyən düzgün deyil. Əgər şəhidlərə qayğı göstərilməsini istəyirlərsə, o qayğını göstərənləri təbliğ etsinlər. Əgər qayğı varsa, göstərsinlər, əgər yoxdursa, tənqid etsinlər, harada qanunların pozulduğunu göstərsinlər”.


Geri qayıt