Əsas Səhifə > Şou-biznes > "Teatrları bizim sağlamlığımızı düşünüb bağlayıblar"

"Teatrları bizim sağlamlığımızı düşünüb bağlayıblar"


25-05-2021, 17:10
"Teatrları bizim sağlamlığımızı düşünüb  bağlayıblar"
“Təbii ki, teatrları bizim sağlamlığımızı düşünüb bağlayıblar. Ona görə dözməliyik, başqa yolumuz yoxdur...”

Bu sözləri Yenisabah.az-a danışan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Çingiz Əhmədov deyib.

Sənətçi həmkarları kimi teatr üçün darıxsa da, mövcud vəziyyətlə barışdığını bildirib:

“Vallah, bilirsiniz, dövlətin qayda-qanunları var. Biz aktyorların özümüzdən nəsə deməyi düzgün deyil. Təbii ki, teatrları bizim sağlamlığımızı düşünüb bağlayıblar. Ona görə dözməliyik, başqa yolumuz yoxdur. Aktyorların teatrsız qalmağının martda bir il iki ayı oldu. Səhnə üçün, tamaşaçılar üçün, iş yoldaşlarım üçün darıxmışam. Teatr olmasa da, efirlərə dəvət edirlər. Hətta öz verilişim vardı – PrimeŞok, pandemiya ilə əlaqədar dayandırdıq. İnşallah yeni bir layihə ilə gələcəyik. Sadəcə qarşıdan yay gəlir deyə hər kəs tətilə çıxır, efirlər təkrar proqramları verir ona görə bir müddət təxirə salmışıq. Bundan başqa efirlərə tez-tez dəvət alıram, özümə aid olan verilişlərə sevə-sevə qatılıram, amma elə veriliş var ki. Getmirəm, çəkimi qoruyuram. Allah xalqımızı qorusun bundan sonra hər şey yaxşı olacaq, biz buna əminik”.


Geri qayıt