Əsas Səhifə > Şou-biznes > “Teatr da, kino da bu məsələdə əlindən gələni etməlidir”

“Teatr da, kino da bu məsələdə əlindən gələni etməlidir”


23-04-2021, 08:16
“Teatr da, kino da bu məsələdə əlindən gələni etməlidir”
Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbənin əbədiləşdirilməsi istiqamətində çoxsaylı addımlar atılmaqdadır ki, bunlardan da biri heç şübhəsiz Hərbi Qənimətlər Parkının yaradılmasıdır.

Bəs ordumuzun tarixi qalibiyyətinin əbədiləşdirilməsi baxımından mədəniyyətimizin üzərinə hansı vəzifələr düşür?

Moderator.az-a açıqlama verən Xalq artisti Valeh Kərimov mədəniyyətimizin bu istiqamətdə ciddi addımlar atmasının zəruri olduğunu vurğulayıb:

“Mədəniyyətimiz ordumuzun şanlı qalibiyyətini əbədiləşdirməyə borcludur! Bu məsələdə qabağa elə mədəniyyət – onun əsas sahələrindən olan teatr və kino düşməlidir.

Biz uşaqlıqdan kinolarla, tamaşalarla böyümüşük. Biz gördüyümüz bu kinolardan, tamaşalardan ibrət götürmüşük. İndi isə ordumuz düşmən üzərində böyük qalibiyyət əldə edib. Biz də bu qalibiyyəti əbədiləşdirmək, onu gələcək nəsillərə çatdırmaq, bu qələbəni yaşatmaq üçün bütün imkanlarımızdan istifadə etməliyik. Bu baxımdan 44 günlük Vətən müharibəsinə həsr edilən, hərbçilərimizin igidliyindən, ordumuzun qələbəsindən bəhs edən kinoların, tamaşaların hazırlanması olduqca vacibdir. Biz ordumuzun döyüş meydanında əldə etdiyi şanlı qalibiyyəti filmlər, tamaşalar, incəsənət və mədəniyyətin digər sahələri vasitəsi ilə əbədiləşdirməliyik. Bu, bizim müqəddəs borcumuzdur”.

Geri qayıt