Əsas Səhifə > Şou-biznes > "Prezident İlham Əliyevin heykəli Şuşada ucaldılmalıdır"

"Prezident İlham Əliyevin heykəli Şuşada ucaldılmalıdır"


15-04-2021, 11:35
"Prezident İlham Əliyevin heykəli Şuşada ucaldılmalıdır"
“Torpaqlarımızın işğaldan azad edilməsi doğrudan da bir tarixdir. Həm də elə bil ki, bir yuxu gördük. Otuz il idi ki, torpaqlarımız işğal altında idi, əlimizi üzmüşdük”

Bunu Moderator.az-a açıqlamasında xanəndə Sabir Abdullayev deyib. Doğum gününü qeyd edək muğam ifaçısı sevincli olduğunu bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Əlbəttə, doğum günümdə mənim üçün ən böyük hədiyyə Ağdamımızın, Şuşamızın, Kəlbəcərimizin, Laçınımızın, Qubadlımızın, Füzulimizin işğaldan azad edilməsidir. Torpaqlarımızın işğaldan azad edilməsi doğrudan da bir tarixdir. Həm də elə bil ki, bir yuxu gördük. Otuz il idi ki, torpaqlarımız işğal altında idi, əlimizi üzmüşdük. Allah Ali Baş Komandanın canın sağ eləsin, onun sayəsində torpaqlarımız işğaldan azad edildi. Mən həmişə demişəm ki, kaş Qarabağımız işğaldan xilas olunaydı və onu xilas edən sərkərdənin heykəli Şuşada ucaldılaydı. Bu mənim arzumdur. Prezident İlham Əliyevin heykəli orda ucaldılmalıdır. Dövlətimiz var olsun, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı arzulayıram. Bütün bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Hələ ki, o yerlərə getməmişəm, amma gələcəkdə o torpaqlarımıza gedəcəm.
Qarabağ torpağını çox gəzmişəm, uşaqlığım da orda keçib. O əraziləri çox yaxşı tanıyıram. Qarabağın işğaldan azad edilməsi bir yuxu idi. Təsəvvür edin ki, qovulduğumuz evlərimizə qayıdırıq. Çox ölkələri gəzmişəm, amma Qarabağın bir bulağına dəymir. Bizim Zəngişalı-Məhrızlı kəndi işağlda deyildi. Öz kəndimizə gedirdim və kəndin yuxarısından o yerlərə baxanda düşmən bizə dağ çəkirdi. Adam bir kilometr o yana gedə bilmirdi”.

Qeyd edək ki, Sabir Abdullayev 1957-ci ildə Ağdamın Zəngişalı-Məhrızlı kəndində anadan olub.


Geri qayıt