Əsas Səhifə > Şou-biznes > "Hələ o vaxt heç bir rəqs kollektivi xaricə səfərə gedə bilmirdi"

"Hələ o vaxt heç bir rəqs kollektivi xaricə səfərə gedə bilmirdi"


26-03-2021, 08:30
"Hələ o vaxt heç bir rəqs kollektivi xaricə səfərə gedə bilmirdi"
“Torpaqlarımızın düşmən tapdağından azad edilməsi hər bir azərbaycanlı kimi məni də çox sevindirdi. Biz hər zaman dövlətimizi, cənab prezidentimizi, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətini dəstəkləmişik. O həqiqətən də böyük bir sərkərdədir. Müharibə gedərkən bütün nüfuzlu ölkələrin televiziya kanallarına verdiyi müsahibələr, işlətdiyi cümlələr bunu bir daha sübut etdi. O sanki bütün əcnəbi jurnalistlərə söz vasitəsi ilə cavab verirdi. Təbii ki, bu qələbə bizə həm də müzəffər ordumuz sayəsində, onların qanı-canı bahasına başa gəldi. Bundan böyük sevinc, qələbə ola bilməzdi. Çünki biz uzun illər o torpaqların həsrəti ilə yaşamışıq, oralarda böyük ansambllarda çıxışlarımız olub. Cənab prezidentin göstərişi ilə Şuşa mədəniyyət şəhəri elan olunub. İnanırıq ki, bundan sonra biz Şuşada, Ağdamda, Kəlbəcərdə ümumilikdə işğaldan azad olunmuş ərazilərdə böyük rəqs festivalları, mədəniyyət günləri keçirəcəyik. Hal-hazırda cənab prezidentin göstərişi ilə o torpaqlarda yenidənqurma işləri aparılır. Birinci vitse prezidentimiz Mehriban xanım Əliyeva da mədəniyyətimizə, əsl sənətkarlara hər zaman diqqət, qayğı göstərir. Mən öz adımdan cənab prezidentimizə, birinci xanımımıza buna görə təşəkkür edirəm”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli ustad rəqqasə Roza Cəlilova deyib.

Ustad rəqqasə rəqsin incəliyindən danışaraq bu günki rəqslərin vəziyyətindən də söz açıb.

“Rəqsi sevmək, qorumaq, incəliyini saxlamaq lazımdır. Rəqsi səhnədə yaşadıb, xalqın rəğbətini qazanmaq lazımdır. Mahnının sözlərini birə bir rəqqasə hərəkəti ilə, baxışları ilə göstərməlidir. Məsələn “Qaragöz” rəqsində müğənni “qaragöz” deyəndə mən gözlərimi göstərirdim, “sən nə gözəlsən” deyəndə utanırdım. Mən “Gülüstan” rəqs ansamblım vasitəsi ilə bir çox ölkələri, o cümlədən Amerikanı gəzmişəm. Hələ o vaxt heç bir rəqs kollektivi xaricə səfərə gedə bilmirdi. O kollektivdəki rəqqaslara elə gözəl geyimlər, paltarlar tikdirmişdim ki. Çox gözəl mükafatlarla qayıtmışdıq həmin səfərdən. Bu günki gündə rəqslərimiz daha da yaxşı ola bilər. Bu da təbii ki, mütəxəssisdən, pedaqoqdan aslıdır. Həmin mütəxəssislər rəqslərimizin keçmiş tarixini bilməlidir, onları araşdırmalıdır. Gənclər də vaxtilə bizim ifa etdiyimiz rəqslərin tarixini bilməlidirlər. Tarixi rəqslərimiz çox lirik olub, şən olmayıb. Bizim vaxtımızda rəqs edirdilər, indikilər kimi hoppanıb düşmürdülər, rəqslər oynaq deyildi. Rəqsin gözəl alınması həm də musiqidən, bəstəkardan aslıdır. Çünki bizim rəqslərimiz mahnılarla, musiqilərlər birgə poema yaradaraq daha da gözəl olublar. İndi axı gözəl mahnı yazan bəstəkarlar da azdır. Bu baxımdan həm bəstəkarların, həm mütəxəssislərin, həm də Mahnı və Rəqs ansamblının üzərinə böyük yük düşür” deyə Xalq artisti bildirib.

Geri qayıt