Əsas Səhifə > Şou-biznes > Təyyar Bayramovu efirdə pərt etdilər

Təyyar Bayramovu efirdə pərt etdilər


25-03-2021, 15:33
Təyyar Bayramovu efirdə pərt etdilər
Tanınmış komediya aktyoru, Əməkdar artist Çingiz Əhmədov ATV kanalında Nanə Ağamalıyevanın aparıcılığı ilə yayınlanan “Günün Sədası” verilişində xalq artisti Təyyar Bayramovu pərt edib. “Sherg.az” xəbər verir ki, verilişə qoşulan Ç.Əhmədov T.Bayramovdan 1000 manat borc pul istəyib, amma qaytarmamaq şərtilə. Xalq artisti isə maddi vəziyyətinin qənaətbəxş olmadığını və Ç. Əhmədovun zarafat etdiyini bildirib.

Bundan sonra söhbətə müdaxilə edən aparıcı N.Ağamalıyeva isə aktyorun zarafat etmədiyini söyləyib, onun ciddən pul istədiyini bəyan edib, və xalq artistinə üz tutaraq:

-“Təyyar müəllim, siz əliaçıq, mərd insansınız, min manat verə bilmirsiniz?” sualını verib. Bu sualdan pərt olan xalq artistini tər basıb. N.Ağamlıyeva da T. Bayramovu tər basdığını gülərək dilə gətirib. Bundan sonra utanc hissi keçirən T.Bayramov sonda məcbur qalaraq “bir şey fikirləşərik” deyərək özünü vəziyyətdən çıxara bilib.



Geri qayıt