Əsas Səhifə > Şou-biznes > "Mağazada satılırdı, aldım geyindim dəb düşdü"

"Mağazada satılırdı, aldım geyindim dəb düşdü"


12-03-2021, 16:03
"Mağazada satılırdı, aldım geyindim dəb düşdü"
Müğənni İzzət Bağırov geyim tərzindən danışıb.

Yenisabah.az xəbər verir ki, sənətçi "Gün ortası" proqramında bəzən övladlarının ona iradından danışıb:

"Kompleksli və kompleksiz insanam. Bəzi geyimlər var ki, onunla heç vaxt nə efirə çıxar, nə küçədə gəzərəm. Bir vaxtlar geyindiyim yaxalıqlı köynəklər dəb oldu. Onu mən icad etməmişdim, tikdirməmişdim. Mağazada satılırdı, aldım geyindim dəb düşdü. Hamı başladı geyinməyə, mən isə artıq istifadə etmədim. Geyimlərimdə ən çox iki rəng ola bilər.

Heç kimin məsləhətinə ehtiyacım olmayıb. 30 ildir sənətdəyəm, öz zövqümlə geyinirəm. Hərdən evdə qarışıq nəşə geyinirəm ki, uşaqların zövqünü yoxlayım. Soruşuram ki, Əli, bax gör necədir? Baxır, deyir ki, ata yox, bunu bu cür geyin. Deyir, ata, səndən nə əcəb? Qocalmısan deyəsən... Yoxlayıram ki, görüm onda zövq var? İnsanın öz geyimini bilməsi önəmlidir".

Geri qayıt