Əsas Səhifə > Şou-biznes > "Mən də ermənilərlə bir səhnəni bölüşmüşəm"
"Mən də ermənilərlə bir səhnəni bölüşmüşəm"26-02-2021, 17:12 |
“O vaxtlar biz ermənilərlə birlikdə yaşamışıq. Sovet dövründə demək olar hər işdə bir olmuşuq”. Bu sözləri Yenisabah.az-a Xalq artisti Niyaməddin Musayev deyib. O, Sovet dövrünü xatırlayaraq ermənilərin bizə qarşı olan münasibətindən danışıb: “Biz başqa millətlərlə necə münasibətdə olmuşuqsa, onlara qarşı da eyni münasibəti göstərmişik, amma istər-istəməz son vaxtlar ermənilərin iç üzü yavaş-yavaş açılırdı. Artıq Qarabağ müharibəsi də başa çatdı. Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxartdı və zəfər bizimdir. İndi müzakirələr gedir. Xankəndi də Azərbaycan torpağıdır, ermənilər də yaşamaq istəyirlərsə, gəlsinlər yaşasınlar. Biz onsuz da hər zaman ilanlarla yaşamışıq. İllərlə biz ermənilərlə yaşamışıq, onlarla dil tapmışıq. Biz hər zaman humanist və sülh tərəfdarı olan millət kimi onları yola vermişik”. Sənətçi vaxtilə ermənilərlə bir səhnəni bölüşdüyünü dilə gətirib: “Sovet dövründə mən də ermənilərlə bir səhnəni bölüşmüşəm. O vaxt münasibətlər səmimi olub. Amma biz heç vaxt onların iç üzlərini görməmişik, bilməmişik ki, içlərində nə var. Bunu çox biruzə vermirdi. Tək mən yox, görün, nə qədər musiqiçilərimiz onlarla bir yerdə olmuşuq, konsertlərdə, festivallarda çıxış etmişik. Açığı, heç artıq-əskik bir hərəkət də eləmirdilər”. Geri qayıt |