Əsas Səhifə > Şou-biznes > "Bankda olan 360 min pulu, qızılları, brilliantları onlara qaldı, haram xoşları olsun"

"Bankda olan 360 min pulu, qızılları, brilliantları onlara qaldı, haram xoşları olsun"


25-02-2021, 16:07
"Bankda olan 360 min pulu, qızılları, brilliantları onlara qaldı, haram xoşları olsun"
Bu gün Xalq artisti, müğənni İlhamə Quliyevanın ölümündən 5 il ötür. Xalq artisti 2016-cı ildə 72 yaşında tromboemboliyadan vəfat edib.

Bəs bu gün onun yaxınlarından, doğmalarından kimlər məzarını ziyarət edib?

Mərhum sənətkarın qohumu, müğənni Əli Mirəliyev bu haqda Musavat.com-a danışıb. O bildirib ki, qızı ona "mama" deyib:

“Yəni İlhamə Quliyeva bizim ailəmiz üçün çox doğma insan idi. Ona görə indi də biz onun məzarını ziyarət edirik. Onsuz da İlhamə Quliyevanın yaxınları elə biz idik.

Ailəmiz təkcə anım günlərində deyil, hər cümə axşamları onu ziyarət edir. Bunu qəbiristanlığın işçiləri, mühafizəçiləri də təsdiqləyə bilər.

Bu gün hava şəraiti ilə əlaqədar yollarda çətinlik yarandığı üçün evdən çıxa bilməsəm də qızıma dedim ki, getsin onun məzarını ziyarət etsin, dua oxusun.

Bildiyiniz kimi onun ögey bacıları var. Onlardan kiminsə İlhamənin məzarı üstünə getdiyini bilmirəm. Amma oğulluğu Orxan da getmir ziyarətinə. Çünki qəbiristanlığın işçilərindən kimlərin gəlib-getdiyini soruşuruq, ondan bilirik".

Əli Mirəliyev mərhum sənətkarın qalmaqala səbəb olan mirasından da söz açıb:

"Bütün mirası ögey bacılarına qaldı. Hüquqi baxımdan Quliyeva İradə Müzəffər qızı, Quliyeva Gülbahar Müzəffər qızı, Quliyeva İlhamə Müzəffər qızı olduğu üçün bütün miras onlara çatdı. Vəssalam. Bağ evi, yeni evi, anası Tükəzban xanımın evi, bankda olan 360 min pulu, qızılları, brilliantları onlara qaldı, haram xoşları olsun. Mənim qızım 15 il ona baxdı, amma bizə düşən heç nə, "boş kartof çuvalı" oldu.
Heç olmasa bir evi oğulluğu Orxana verərdilər.

Bəs onun dırnaqarası qohumları İlhamə Quliyeva vəfat edənə qədər harada idilər? Onun ayağında xəstəlik var idi, yeriyə bilmirdi deyə biz aparıb, gətirirdik. Bəs onda harada idiniz? Allah bunu götürərmi? Siz o pulları yeyə bilməyəcəksiz, burnunuzdan gələcək!",-deyə Əli Mirəliyev sərt danışıb.

Geri qayıt