Əsas Səhifə > Şou-biznes > “Zorakılığa nə qədər susmaq olar?”

“Zorakılığa nə qədər susmaq olar?”


22-02-2021, 16:08
“Zorakılığa nə qədər susmaq olar?”
Bugün gündəmin əsas mövzusuna çevrilən 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi sosial şəbəkələrin müzakirə obyektinə çevrilib. Bu mövzu ilə bağlı tanınmış sənət adamları da mövqeyini bildirib.

Tanınmış aparıcı Samirə Rəhimova da sosial şəbəkədə yayılan “Sevil üçün susma” kampaniyasına qoşularaq “İnstagram” səhifəsində öz etirazını bildirib.

Moderator.az xəbər verir ki, kiçik video çarxla izləyicilərinə müraciət edən aparıcı valideyinlərə səslənib:

“Sevil Atakişiyevanın sosial şəbəkələrdə son yazışmalarını paylaşıblar. Oxuduqca heyran qalıram. Hansı vicdansız bu durumdakı insanı sakitləşdirmək əvəzinə, bir az da hiddətləndirib, kabuslarını bir az da artırıb?

Bu gün bu xəbəri alınca çox üzüldüm... Hər gün xanımların özgüvəni uğrunda paylaşımlar edirik. Amma bu problemi təkcə qadınla əlaqələndirməyək. Hər bir qadın xoşbəxt olmaq istəyər. Cəmiyyətin problemini aradan götürmək lazımdır. Zorakılığa nə qədər susmaq olar? Ailədən gəlir o təməl. Bu gün qızlarımızın həyatdan küsməyi, özünü sevməməyi, depressiv olmağı nədəndir, sizcə? Ən birinci təməli qoyan ailə üzvləridir. Bəzən qorumaq naminə şiddətlər də göstərilir. Söhbət yalnız bu durumdan getmir, bəlkə də burada vəziyyət bir az başqa idi. Ümumilikdə götürsək, bir insanın cəmiyyətdə şəxsiyyət olaraq yetişməsi xarici faktorlardan asılıdır. Əsasən də valideynlərdən.

Bəsdirin! Övladlarınızın, qatili olmayın! Yalnız öz maraqlarınızı düşünərək, uşağın yerinə qərar verməyin. Siz bir şəxsiyyət yetişdirirsiniz, cəmiyyət üçün qul hazırlamırsınız! Yerlibazlıq edib qızlarınızı öz bildiyiniz insana ərə verirsiniz, danışmağa, seçim etməyə imkan vermirsiniz. Sonra dadeyirsiniz ki, onun yaxşılığı üçün edirəm.

Bir çox ailələrdə bu problemlər mövcuddur. Geniş təbliğat aparılmalıdır. Maariflənmə işləri görülməlidir - qızlarımız öz hüquqlarını, qohum-əqrəbada həddini bilməlidir. Valideyindən, doğma insanlardan qorxmaq deyil, onlara hörmət edib, sevmək gərəkdir...

Təcavüzə məruz qalan qızlarımızada daim deyirik ki, həyatınız öz əlinizdədir. Güclü olub, bütün problemlərə son qoya bilərsiz. Əziyyət çəkdiyiniz məkanda qalmaq məcburiyyətində deyilsiz. Yanınızdakı insanı dəyişdirə bilməzsiniz, özünüz dəyişin.. Vəziyyətə münasibətinizdə dəyişəcək.

Amma intihar qətiyyən yolverilməzdir! Bu çıxış yolu deyil”.

Geri qayıt