Əsas Səhifə > Şou-biznes > “Azərbaycanda ödəniş edib efirə çıxarmalı ulduz var?”

“Azərbaycanda ödəniş edib efirə çıxarmalı ulduz var?”


18-02-2021, 14:55
“Azərbaycanda ödəniş edib efirə çıxarmalı ulduz var?”
Müğənni Xatirə İslamın verilişlərə pul qarşılığı çıxacağını açıqlaması müzakirələrə səbəb olub.

Belə ki, müğənni sosial şəbəkədə televiziyaların müğənnilərə qonorar ödəməli olduğunu dilə gətirib:
“Ölkəmizdə olan proqramların hər birini maddi tərəfdən təmin edən qurumlar var. Yəni, çoxlu sayda efirə pul ödəyən sponsorlar var. Düşünürəm ki, oradan aparıcılar, operatorlar, redaktorlar maaş alır. Məncə, o verilişlərə gedən sənət adamlarına da qonorar ödənməlidir. O puldan sənətə də pul ayrılmalıdır. Verilişlərimizin hamısını müğənnisiz təsəvvür etsək, sizcə, maraqlı olar? Dünyanın hər yerində məşhur insanlar qonorar alıb efirə gedir. Mən istərdim ki, inkişaf etmiş Azərbaycanımızda da bu cür olsun.

Müğənninin fikirləri birmənalı qarşılanmayıb. İzləyicilər müğənnini addımına görə qınayıblar. X. İslamın qonorar tələbinə sənət yoldaşları da münasibət bildirib.

Müğənni Elnarə Xəlilova Xatirənin istəyini dəstəkləyib: “Dünyanın hər yerində belədir. Mən Türkiyədə verilişə çıxanda mənim təyyarə biletimi də alırlar, otelimi də qarşılayırlar, minimum 5000 lirə qonorar da verirlər. Bizdə də dəfələrlə bunu etməyə müvəffəq olmuşam. Amma bunu edən tək mənəm. Odur ki, tək əldən səs çıxmaz”.

Müğənni Xuraman Şuşalı televiziyaların müğənniyə qonorar ödəməli olduğunu deyib:
“Əslində çoxdan belə olmalı idi. Ancaq bizdə o birlik yoxdur. Təəssüf ki, düz danışana dəli deyirlər”.

Aparıcı Murad Əzimzadə isə Xatirənin qərarını absurd adlandırıb:
“Televiziyaların reklam və gəlir problemi yaşadığı dönəmdə belə bir təklif məntiqli deyil. 2-cisi Azərbaycanda ödəniş edib televiziyaya çıxarmalı ulduz var? Hansı ki, bu ulduzdan televiziya gəlir əldə edəcək.

Yoxdur, bunu hamımız çox gözəl bilirik. Gözə yaxşı görünən şeyləri, qulağa yaxşı səslənən sözləri demək fərqlilikdir, yoxsa nədir? 3-cüsü sənəti normal olanlar vaxtında kaprizsiz efirə çıxsaydılar, indi televiziyalardan zövqsüzlük yağmazdı”.
Musavat.com

Geri qayıt