Əsas Səhifə > Şou-biznes > ”Bu məsələdə televizyaların da üzərinə böyük məsuliyyət düşür”

”Bu məsələdə televizyaların da üzərinə böyük məsuliyyət düşür”


15-02-2021, 09:00
”Bu məsələdə televizyaların da üzərinə böyük məsuliyyət düşür”
“Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar, xalqımızın və dövlətimizin fədakarlığı, erməni vəhşilikləri və s. ilə bağlı ciddi, sistemli və effektiv işlərin aparılmasına ehtiyac var”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev bildirib. Mübariz Tağıyevin sözlərinə görə, bu məsələdə dramaturqların, ssenaristlərin, bütün əlaqədar şəxs və qurumların üzərinə böyük iş düşür:

“Hesab edirəm ki, bununla bağlı dramaturqlar işləməli, ssenarilər yazılmalıdır. Bu məsələdə gecikmək olmaz. Biz ordumuzun qəhrəmanlığı ilə yanaşı, erməni vəhşiliklərini ciddi, sanballı əsərlərlə ifşa etməliyik. Bu məsələdədə televiziyaların da üzərinə böyük məsuliyyət düşür. Televiziyalar da bu cür verilişlərə, proqramlara üstünlük verməli, bu sahədə daha effektiv iş aparmalıdırlar. Mən Mədəniyyət Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirirəm. Lakin digər qurumlar da yaxasını kənara çəkməməli, hər kəs bu məsələdə üzərinə düşən öhdəliyi layqiqincə yerinə yetirməlidir. Bu, elə vacib, əhəmiyyətli məsələdir ki, bu işlərin həyata keçiriməsinə gərəkli vəsait də ayrılmalı, onların gerçəkləşməsi üçün bütün lazımi addımlar atılmalıdır. Bu, bizim tariximiz, reallığımızdır. Biz bu tarixin əbədiləşməsi, mədəniyyətimizin, incəsənətimizin bütün sahələrində öz əksini tapması üçün əlimizdən gələni etməliyik. Nə pandemiyanın gətirdiyi çətinliklər nə də digər amillər bu işlərin həyata keçirilməsinə mane olmamalıdır”.

Geri qayıt