Əsas Səhifə > Şou-biznes > "Onda telekanal necə uğur qazansın?"

"Onda telekanal necə uğur qazansın?"


9-02-2021, 08:41
"Onda telekanal necə uğur qazansın?"
“Ümumiyyətlə, Azərbaycanda telekanalların vəziyyəti olqudca, acınacaqlıdır. Televiziya elə bir yerdir ki, orda rəhbərin düzgün seçilməsi hər şeyi həll edə bilər”

Bunu Moderator.az-a açıqlamasında məşhur aparıcı, aktyor Kamran Həsənli deyib. K.Həsənli burda dünya təcrübəsindən faydalanmağımızın vacibliyini vurğulayıb:

“Sevil xanım Əliyevanın “Space” kanalı ilə bağlı ictimaiyyətin tənqidi fikirləri ilə razılaşması yaxşıdır. Amma telekanalın fəaliyyətində dəyişiklik edilməsi üçün mütləq başına peşəkar adam gətirilməlidir. Mən 2000-ci ildən “Space”də fəaliyyətə başlamışam, ora mənim doğma kanalımdır. Demək olar ki, o kanalda böyümüşəm. Ümumiyyətlə, Azərbaycanda telekanalların vəziyyəti olqudca, acınacaqlıdır. Televiziya elə bir yerdir ki, orda rəhbərin düzgün seçilməsi hər şeyi həll edə bilər. O, adam televiziyonçu olmalıdır, bu sahədə onun uğuru olmalıdır. O, uğurun nə olduğunu bilməlidir. Əgər o, uğurun nə olduğunu bilmirsə, onda telekanal necə uğur qazansın? Mən dediyim bu məqamlar bütün dünyada belədir. Bizdə isə indi televiziya rəhbərinin milli düşüncəsi olmalıdır, geopolitikanı bilməlidir ki, dünyada gedən proseslərdən anlayışı olsun. Vətən müharibəsindən sonra indi çox önəmli bir məqamdır, millətimizin ruhunu yüksəkdə saxlamaqda televiziyalarımız çox böyük önəmi var”.

Geri qayıt