Əsas Səhifə > Şou-biznes > “Allah Elza Seyidcahana şəfa versin“

“Allah Elza Seyidcahana şəfa versin“


5-02-2021, 12:22
“Allah Elza Seyidcahana şəfa versin“
Müğənni Xatun Əliyeva Əməkdar artist Elza Seyidcahanın onu tənqid etməsinə cavab verib.

Yenisabah.az xəbər verir ki, Seyidcahanın ifaçını qeyri-peşəkar adlandırması onu əsəbiləşdirib.

Xatun "Öyrəndim, bu verilişə gələndə dərmanlarını içməyib, ona görə qatıb-qarışdırıb. Allah bu qadına şəfa versin" deyə, E.Seyidcahanı tənqid edib.

Qeyd edək ki, Elza mətbuata açıqlamasında "Əgər məni öldürmək istəyirsinizsə, bir otağa salın və Xatun, Pərviz Bülbülə, Şəbnəm Tovuzlu və Türkan Vəlizadənin mahnılarını səsləndirin" deyib.

Geri qayıt