Əsas Səhifə > Şou-biznes > "Məqsədimiz odur ki, insanları çaşqınlıqdan qoruyaq"

"Məqsədimiz odur ki, insanları çaşqınlıqdan qoruyaq"


4-02-2021, 11:46
"Məqsədimiz odur ki, insanları çaşqınlıqdan qoruyaq"
Əməkdar artist Elza Seyidcahan aparıcılıq edəcək.

Yenisabah.az-a danışan müğənni-bəstəkar yeni verilişinin maarifləndirici olacağını bildirib.

Sənətçi "MTV Azərbaycan" kanalında tamaşaçıların görüşünə gələcək.

“Məqsədimiz odur ki, insanları çaşqınlıqdan qoruyaq. Tamaşaçılara acı da olsa, həqiqətləri söyləyəcəyik. Hazırda çəkilişlər gedir. İnşallah sabah MTV kanalının canlı efirində verilişimin ilk buraxılışı efirə gedəcək”.

Qeyd edək ki, müğənni avqust ayında da aparıcılığa başlamışdı. O, Space telekanalında yayımlanan "Sfetofor" proqramını ifaçı bacısı Rasimə Seyidcahan və Nərminə Ağası ilə birlikdə aparmağa başlamışdı.

Geri qayıt