Əsas Səhifə > Şou-biznes > "Mən öncə söylənən sözə, həmin sözü söyləyənə baxaram"

"Mən öncə söylənən sözə, həmin sözü söyləyənə baxaram"


2-02-2021, 17:21
"Mən öncə söylənən sözə, həmin sözü söyləyənə baxaram"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova ilə aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal bitmək bilmir.

Musavat.com xəbər verir ki, aktrisa ad çəkmədən aparıcı-aktyor Sərxan Kərəmoğlunun onun haqqında səsləndirdiyi iddialara cavab verib. O, sosial şəbəkədə Kərəmoğlunu yalançı adlandırıb:

“Bəzi gərəksiz, öz yalanlarına özləri də inanan, boş insanlar anadangəlmə qüsurlu doğulduqları üçün yalan və boş danışmaq onlara görə adi bir haldır. Unutmayın, boş vedrədən çox səs çıxar. Mən öncə söylənən sözə, həmin sözü söyləyənə baxaram”.

Qeyd edək ki, aparıcı-aktyor Sərxan Kərəmoğlu Məlahət Abbasova haqqında bu sözləri demişdi: "Əxlaq, insanlıq dərsi? Bunları Məlahət deyir? Mən 2009-cu ildə İstanbula köçdüm, sən Məlahət evimə gələ-gələ ailəmi dağıtdın. Sənsən insanlıq dərsi keçən? "TRT Avaz"da mənə iş təklifi gəlmişdi.

Gedib orada müdirə əxlaqsız sözlər dedin. Sənsən əxlaq dərsi keçən? Toy mərasiminə bir gün qalmış dəvətnaməsi paylanan bəyi, nişanlını Bakıda qoyub, İstanbula qastrola gedib, orada qaldın və türkə ərə getdin. Ailən isə pərişan oldu. Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə ikinci dəfə bais oldun. Bu nə zəmanədir? Kimdə nə yoxdursa, onunla öyünür. Məlahət Abbasova, ümumiyyətlə, sənin Azərbaycan mədəniyyəti və incəsənəti haqqında danışmağa haqqın yoxdur".

Geri qayıt