Əsas Səhifə > Şou-biznes > “Tahir Əkbərin qəbri bir gecə orada qalsaydı şəhidlərin məzarı kimi onu da su basmışdı...”

“Tahir Əkbərin qəbri bir gecə orada qalsaydı şəhidlərin məzarı kimi onu da su basmışdı...”


28-01-2021, 09:09
“Tahir Əkbərin qəbri bir gecə orada qalsaydı şəhidlərin məzarı kimi onu da su basmışdı...”
Qaradağ rayonunda Vətən savaşında canından keçən 17 şəhidin məzarını suyun basması bu gün əsas gündəm mövzusudur. Şəhid ailələrinin ürək dağlayan görüntüləri sosial şəbəkələrdə də böyük qınağa səbəb olub.

Moderator.az xəbər verir ki, 2018-ci ildə martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin qəbri Mədəniyyət Nazirliyi tərəfindən məhz həmin ərazidə dəfn olunmuşdu. Bu ərazi nəmişlik, quraqlıq olduğundan ailəsi buna etiraz etmişdi. Bəstəkar üçün layiq görülən həmin məkanda indi şəhidlərimizin məzarını su basıb.

Mərhum sənətkar, unudulmaz bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərzadə Moderator.az-a bildirdi ki, bəstəkarın qəbri orada cəmi bir gecə qalıb:

“Biz Tahir müəllimin nəşini həmin ərazidən çıxaranda necə qoymuşduqsa, elə də götürdük. Götürəndə kəfəni ağappaq idi. Yəni onun nəşi həmin məzarlıqda 1 gecə qaldı. Amma ətraf qamışlıq idi. Tahir müəllimi yol kənarında dəfn etmişdilər. Bəlkə də çox qalsaydı şəhidlərimzin məzarı kimi onu da su basardı. Yağış yağsaydı, Tahir Əkbərin də qəbri belə gölə çevriləcəkdi”.

Geri qayıt