Əsas Səhifə > Şou-biznes > "Yazıblar ki, kimsə Rəmişə sahib çıxıb, imkanlı adamlar kömək edir"

"Yazıblar ki, kimsə Rəmişə sahib çıxıb, imkanlı adamlar kömək edir"


26-01-2021, 14:36
"Yazıblar ki, kimsə Rəmişə sahib çıxıb, imkanlı adamlar kömək edir"
Aparıcı Elgiz Əkbər Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətindən danışıb.

Musavat.com-un məlumatına görə, Elgiz bildirib ki, Rəmişin xanımı Gülü maddi sıxıntı yaşayır:
"Yazıblar ki, kimsə Rəmişə sahib çıxıb, imkanlı adamlar kömək edir. Vəzifəli şəxsin qohumu gəlib müəyyən köməklik edib. Amma bütün müalicəsini boynuna götürməyib.

Gülü xanım deyir ki, vəziyyət pisdir, çatdırmıram. İynələr alınmalıdır. Ətrafda xəbər dolaşır ki, guya maddi yardım edilir. Bu xəbəri eşidənlər də arxayın olub, Rəmişə kömək etmirlər. Ancaq belə deyil. Çatdıra bilmirlər".

Qeyd edək ki, həkim musiqiçiyə qaraciyər transplantasiyası ediləcəyini deyib.

Geri qayıt