Əsas Səhifə > Şou-biznes > “Həkim də deyiləm sizə deyəm ki...”

“Həkim də deyiləm sizə deyəm ki...”


23-01-2021, 10:07
“Həkim də deyiləm sizə deyəm ki...”
Ölkəmizdə də koronavirusa qarşı peyvəndlərin vurulmasına başlanılıb. Dünyanın bir çox ölkələrində sənətçilər, tanınmış, xalqın sevdiyi ifaçılar canlı verilişlərdə peyvənd vurduraraq həm də bu kampaniyanı bir növ təbliğ edirlər. Biz də sevilən sənətkar, xalq artisti Alim Qasımovdan koronavirusdan necə qorunduğunu və peyvənd etdirib-etdirməyəcəyini xəbər aldıq.

Moderator.az-a açıqlamasında Xalq artisti bir qədər ehtiyat etdiyini bildirdi:

“Açığı desəm, bizdə insanlara vurulan peyvəndlərlə bağlı heç bir məlumatım yoxdur. Sizə deyərəm ki, tərkibi bunlardan ibarətdir, siz də vurdurun, yalan demiş olaram. Həkim deyiləm ki, o peyvəndin təsirindən məlumatım olsun. Bu barədə dəqiq söz deyə bilmirəm. Çünki nə başım çıxır, nə də məlumatım var. Əgər çevrəmdəki insanların çoxu peyvənd vurdursa və inandığım həkimlər desə ki, bunun pis təsiri yoxdur, o zaman mən də vurduracam”.

Geri qayıt