Əsas Səhifə > Şou-biznes > "İndi məşhur olmağa nə var ki..."

"İndi məşhur olmağa nə var ki..."


21-01-2021, 14:59
"İndi məşhur olmağa nə var ki..."
"Pandemiyada uşaqlar üstümə düşüb. Hamı etiraz edir. Oğlum xalq təsərrüfatını bitirib. İndi o sahədə işləmək istəmir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Həmin Zaur" proqramında deyib. Müğənni bildirib ki, oğlu məşhur olmaq istəyir:

"Deyir ki, aktyor olacaqdım, qoymadın. O, sənəti sevir. İstəyirdi Moskvaya getsin, universitet oxusun və aktyor olsun. Pandemiyaya görə gedə bilmədi. Yaraşıqlı oğlum var. İndi məşhur olmağa nə var ki...".

Allahverdiyeva həyatından gileylənib:

"İndi ölsəm, bu həyatdan peşman gedəcəm. Özüm üçün yaşamadım, ailəm üçün yaşadım: uşaqlar, valideynlər, bacı, qardaş düşündüm. Ayılanda isə pandemiya başladı".

Geri qayıt