Əsas Səhifə > Şou-biznes > "Mağaza açmaq istəyirəm"

"Mağaza açmaq istəyirəm"


21-01-2021, 12:06
"Mağaza açmaq istəyirəm"
"Mağaza açmaq istəyirəm. Özüm bişirib, satacam. Amma içərisində yemək üçün stollar da olsun. Bunu gerçəkləşdirəcəm. İndi şirniyyat satmıram. Amma bişirəndə sosial şəbəkədə paylaşıram".

Open.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Xəbər-ətər" proqramında deyib. Sənətçi şirniyyat biznesi olmasından danışıb. O bildirib ki, kafe açmaq istəyir.

Sevda pandemiya ərəfəsində istirahət etdiyini söyləyib: "Əvvəl o qədər çalışırdıq ki, sağlamlığımıza fikir vermirdik. Pandemiyada bunun fərqinə vardım. İndi öz qayğıma qalıram".

Geri qayıt