Əsas Səhifə > Şou-biznes > İnfarkt keçirən Xalq artistinin durumu necədir?

İnfarkt keçirən Xalq artistinin durumu necədir?


19-01-2021, 12:45
İnfarkt keçirən Xalq artistinin durumu necədir?
Məşhur kinorejissor, Xalq artisti Eldar Quliyevin həkimi Murad Misgərli sənətkar barədə yayılan şayiələrə etiraz edib.

M.Misgərli "Ölkə.Az"-a açıqlamasında bildirib ki. Xalq artistinin vəziyyətində heç bir dəyişiklik yoxdur:

"Dünən bu barədə kifayət qədər açıqlama verilib. Eldar müəllimin səhhəti dünənki kimidir, heç bir dəyişiklik yoxdur".

"Dünən bildirilirdi ki, Eldar Quliyevin durumu kritikdir. Həqiqətən belədirmi?" sualını Murad Misgərli belə cavablandırıb:

"Bilmirəm, vəziyyətinin kritik olduğunu kim deyib. Artıq şəhərdə şayiələr gəzir. Xəstədə bir çox problem var. Amma bunlar kritik olmayan məsələlərdir. Xəstə özü ümumən ağırdı. Çünki vəziyyəti əvvəldən ağır idi. Müəyyən əməliyyatlar keçirmisdi. Sadəcə nəzərə salın ki, onun da öz hüquqları var və mən hər şeyi açıqlaya bilmərəm" .

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev bir neç gün öncə infarkt keçirib. Sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, dünən Eldar Quliyevin 80 yaşı tamam olub.

Geri qayıt