Əsas Səhifə > Şou-biznes > "Bizdə o əxlaq norması hələ də davam edirdi"

"Bizdə o əxlaq norması hələ də davam edirdi"


18-01-2021, 14:39
"Bizdə o əxlaq norması hələ də davam edirdi"
Müğənni Şəbnəm Tapdıq şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Hüseynova bacıları” verilişində bildirib ki, bir dəfə nişanlı olub:

“Ağıllı insan idi. Bir neçə xarici dil bilirdi. Azərbaycandan kənarda diplomat işləyirdi. Mənə elçi gələndə qarşıma şərt qoydu. Söylədi ki, bu efirlərdə və böyük konsertlərdə oxuya bilər. Həmin ərəfədə mənim Türkiyədəki konsertim nizamlanmışdı. Atam da məni onunla görüşməyə qoymurdu. Evə dəvət edirdi ki, mən evdə olanda bizə gəlsin. Bizdə o əxlaq norması hələ də davam edirdi. Atam ona deyirdi ki, Şəbnəmi sənətindən ayırma, yazıqdır oxusun. Amma sonra gördüm ki, oğlan bikefdir. Dedi ki, müğənni olmağını istəmirəm. Səbəbini soruşdum, söylədi ki, mən gələcəkdə general olacam. Mənimlə razılaşmadı. Mən gərək onunla razılaşardım, çünki sonradan müğənnilik etməyimə razı olacaqdı. Məni hər zaman istəyən var”.




Geri qayıt