Əsas Səhifə > Şou-biznes > "Sağalacağına yenidən ümidlənmişdim"

"Sağalacağına yenidən ümidlənmişdim"


13-01-2021, 13:15
"Sağalacağına yenidən ümidlənmişdim"
"Gecə səhərə qədər Aydın (meyxanaçı Aydın Xırdalanlı - red.) yuxumdan çıxmayıb. Bir az yaxşılaşmışdı. Əhvalı yaxşı idi, gülürdü, bir az da kökəlmişdi".

Musavat.com xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yazıb. Sənətçi mərhum meyxanaçı Aydın Xırdalanlının arxiv videosunu paylaşaraq bunları qeyd edib:

"Saatlarla ona həvəsləndirici sözlər dedim, bəzən ixtiyarsız gözümdən yaş gəlirdi, ondan gizlətməyə çalışırdım. Amma hiss edirdim ki, görür. Həm də hiss edirdim ki, əvvəlki kimi məsləhətlərimi qulaq ardına vurmur. Söhbətimiz ona yaxşı təsir edirdi. Xəstəliyini müalicə etmək həvəsi çoxalırdı onda. Sağalacağına yenidən ümidlənmişdim. Ayıldım göz yaşıyla, baş ağrısıyla. Aydın isə yanımda deyildi. Allah sənin günahlarını bağışlasın, Aydın. Allah sənə rəhmət eləsin".

Geri qayıt