Əsas Səhifə > Şou-biznes > "Saytlarda hansısa müğənni haqqında nəsə paylaşırlarsa..."

"Saytlarda hansısa müğənni haqqında nəsə paylaşırlarsa..."


13-01-2021, 10:22
"Saytlarda hansısa müğənni haqqında nəsə paylaşırlarsa..."
Əməkdar artist Nigar Şabanova məşhurlara yazılan tənqidi rəylərdən söz açıb.

Lent.az-ın məlumatına görə, müğənni "Xəbər-ətər" verilişində bildirib ki, tənqidlərə görə sənətdən uzaqlaşmaq istəyib: "Saytlarda hansısa müğənni haqqında nəsə paylaşırlarsa, dərhal rəylərə baxıram. Elə pis rəylər yazırlar... Məşhurlara qarşı o qədər aqressiyaları var ki... Niyə hamı bir-birini acılayır? Sanki kiminsə ailəsini dağıtmışıq... Bu aqressiyaların səbəbini bilmirəm. Bu sənəti atmaq istəyirəm. Bilsəydim vaxtında başqa ali təhsil alardım, başqa bir işdə işləyərdim".

Geri qayıt