Əsas Səhifə > Şou-biznes > "Yolda çox kövrəlmişdim"

"Yolda çox kövrəlmişdim"


6-01-2021, 17:11
"Yolda çox kövrəlmişdim"
"O qədər mədəni şəhərdir ki, yüksək səs tonu ilə belə danışmaq istəmir insan. Onların vəhşiliyi bu şəhəri korlaya bilməyib, bilməyəcəkdi də. Hüzur var, insan rahatlıq tapır”.

Musavat.com xəbər verir ki, bu sözləri Şuşaya yollanan müğənni Elçin Cəfərov sosial şəbəkədə yazıb.
O, təəssüratlarını bu sözlərlə ifadə edib: “Yolda çox kövrəlmişdim. Yol ətrafında döşəklər, əsgər paltarları, yanmış hərbi maşınlar var idi və bütün bunları görə-görə öz-özümə deyirdim ki, qardaşlarımız gör bu qədər yolu necə çətin, həyəcan içində gediblər, nələr yaşayıblar.

Onların sayəsində bu gün "Şuşa bizimdir" deyirik. Allah şəhidlərimizi cənnətlə müjdələsin, bütün əsgər və qazilərimizi qorusun".

Geri qayıt