Əsas Səhifə > Şou-biznes > "Cərrah masasına uzananda yanımızda idiniz?!"

"Cərrah masasına uzananda yanımızda idiniz?!"


6-01-2021, 13:15
"Cərrah masasına uzananda yanımızda idiniz?!"
“Xeyriyyəçi deyirsiniz, birinci mənəm. Səsimlə qazandığım, halal pulumu övladlarımdan kəsirəm, sizlərlə bölüşürəm, yardımsevər insanam, reklam üçün etmirəm. Uşaqlarımın boğazından kəsib edirəm. Niyə bizi qınayırsız, niyə məni qınayırsınız?”

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli ARB telekanalında yayımlanan “Xəbər-ətər” verilişində qonaq olarkən deyib.

Xanım sənətçi müğənniləri qınayanlara sərt sözlər ünvanlayıb: “Siz bizi çağırırsınız ki, xoş gününüzdə iştirak edək və byna görə bizi mükafatlandırırsınız. Biz də pandemiya dövründə loxmamızı biz sizinlə bölürdük. Mən bunu hamıya şamil etmirəm, amma edənlər var idi. Müharibə dövründə də yardımlar edirdik, mən də onlardan biri və birincisiyəm. Niyə sosial mediada ailəmizi, evimizi, bədənimizi müzakirə edirsiniz? Cərrah masasına uzananda yanımızda idiniz?! Mənim səhhətimdə problem var, yalnız səhnədə dikdaban geyinə bilirəm. Axsayıram, neçə dəfə buna görə plastik əməliyyat keçirtmişəm. Pandemiyanın ən qızğın dönəmində səhhətimi riskə atıb, bir-bir qapıları gəzmişəm. Sosial mediada olan, 30 manatlıq, valideyninə hörmət etməyən səhifələr məni müzakirəyə qoyur. Halbuki 1 manatınızdan keçib kiməsə yardım etmisinizmi? Amma mən edirəm”.




Geri qayıt