Əsas Səhifə > Şou-biznes > İTV-nin aparıcısı ittihamlara cavab verdi:

İTV-nin aparıcısı ittihamlara cavab verdi:


5-01-2021, 08:58
İTV-nin aparıcısı ittihamlara cavab verdi:
İctimai televiziyanın aparıcısı Saleh Bağırov haqqındakı ittihamlara cavab verib.

Teleqraf.com xəbər verir ki, Saleh Bağırov İnstaqram hesabında bu sözləri qeyd edib:

"Uydurulan və adımdan təhrif olunan cümlə avaraçılıqdan, savadsızlıqdan, əxlaqdan əziyyət çəkib, reytinq həsrətində saytların manşetində.
Nə qazandınız? Nə edə bildiniz? 20 ildir sərasər efirdə çalışan, ən vacib veriliş, layihə və müsahibələrin məsuliyyətini daşıyan, mühüm dövlət tədbirlərinin, hərbi hissələrdə əsgərlərlə keçirilən görüşlərin aparıcısı olan mən, nəyi necə deməyi bilmədim? Özünüzü bu qədər ağıllı bildiniz? Yoxsa ağlınız özünüz kimi haqqı-nahaqqa qurban verənlərə, insanların haqqına girib, şər-böhtanla məşğul olan şarlatanlara gedib?! Belə həssas dönəmdə insanların hissi ilə oynayıb, onları qıcıqlandırıb, od püskürmələrinə şərait yaratmağınızla olmayan ağlınız artdımı? Mənə yalançı ittihamların zərrə qədər də təsiri olmadı. Çünki özümə, sözümə, işimə əminəm. Buna görə də Allaha min şükür. Bilin ki, hər əməlin mütləq ödəyəcəyiniz bədəli var".

Qeyd edək ki, sosil mediada Saleh Bağırovun “Gəl, qonaq ol” verilişində rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlığa kölgə salan ifadələrdən istifadə etməsi ilə bağlı səhv məlumatlar yayılıb.

Geri qayıt