Əsas Səhifə > Şou-biznes > "Yeni il konsertlərinin anonslarını gördüm"

"Yeni il konsertlərinin anonslarını gördüm"


30-12-2020, 16:42
"Yeni il konsertlərinin anonslarını gördüm"
"Yeni il konsertlərinin anonslarını gördüm. Bəzi "VİP" sayılan məşhurlar bu dönəmdə heç bir verilişlərdə görünmədilər. Guya oxumağı eyib bildilər. Əslində özünüz bilirsiniz niyə...".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova sosial şəbəkədə yazıb. Sənətçi müharibə və pandemiya ərəfəsində proqramlara getməyən ifaçılardan danışıb. O bildirib ki, adi günlərdə çəkilişə gəlməyənlər bayram konsertinə qatılıblar:

"Hər dəfə efirdə eyni müğənnilər olurdu. Yeni il konserti olan kimi hamı tapıldı. Amma bu günlərdə efirdə fəal olan müğənnilər konsertlərdə olmadı. Bəs, nə oldu? Yaxşı deyildi?

Söhbəti özümə aid etmirəm, ümumiyyətlə, özüm rayondayam, bayram etmirəm. Sadəcə, anlamıram, niyə? Bağda ərik var idi, salam-əleyküm var idi? İlk dəfədir belə sözlər yazıram, indiyənə kimi heç kimlə işim olmayıb. Bundan sonra da olmayacaq. İndi ətim tökülür. Təəssüf edirəm ki, bu dörd ildə heç nə dəyişmədi".

Geri qayıt