Əsas Səhifə > Şou-biznes > "Kiminsə sübutu varmı bu mənim səhifəmdə paylaşılıb?"

"Kiminsə sübutu varmı bu mənim səhifəmdə paylaşılıb?"


29-12-2020, 09:14
"Kiminsə sübutu varmı bu mənim səhifəmdə paylaşılıb?"
Yəqin ki, müğənni Mətanət Əsədovanın şəhid analarını və qazilərimizi yeni il münasibəti ilə təbrik etməsi xəbərinin cəmiyyətdə necə təpki ilə qarşılandığından xəbəriniz var.

Həmin paylaşımda belə bildirilmişdi:

"Mən şəhid analarını və qaziləri unutmamışam, onları təbrik edirəm. 2021-ci ildə hər şey yaddan çıxacaq, onlar da normal həyata dönəcəklər”.

Moderator.az-a açıqlama verən müğənni həmin paylaşımdan xəbərsiz olduğunu bildirib.

“Mətanət Əsədovanın ürəyində Allah sevgisini bilən insan bu məsələyə inanıb ona zəng edə bilməz. Məni necə tanımısınız bilmirəm, amma bu paylaşımı mən etməmişəm. Müvafiq orqanlara da şikayətim olub, çox keçməyəcək ki, bu paylaşımı kimin etdiyi ortaya çıxacaq və hamı da görəcək. Mən bilirəm bunu kim edib. Kiminsə sübutu varmı bu mənim səhifəmdə paylaşılıb? Anaları insanlara sevdirən biriyəm, bu sözləri necə şəhid anasına deyə bilərəm? Ana muğamını hamı məndən sonra oxuyub. O şəhiddən bizdə də var, 17 yaşında bir qohumum da döyüşlərdə şəhid oldu. Görürsüz ki, mən şəhidlərə görə efirlərə də çıxmıram. Ömür boyu kasıbların, məzlum insanların yanında olmuşam, bunu axı necə deyə bilərlər? Bu paylaşımı edən insan vicdansızdır. Adıma açılan saxta səhifələrdə paylaşılıb, o insanı Allahın məhkəməsinə vermişəm” - müğənni Mətanət Əsədova bildirib.

Geri qayıt