Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova Prezidentin ad gününə klip həsr etdi

Aygün Kazımova Prezidentin ad gününə klip həsr etdi


24-12-2020, 09:42
Aygün Kazımova Prezidentin ad gününə klip həsr etdi
Xalq artisti Aygün Kazımova “Vətən oğlu” adlı klipini izləyicilərin ixtiyarına verib.

“MediaPost” xəbər verir ki, sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus mahnını müğənni Prezident İlham Əliyevin ad gününə həsr edib.

Klipi Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. Kazımovanın obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Rüfət İsmayıl çalışıb.

Ekran işində Aygün Kazımova “Affair” və Çiğdem Akının kolleksiyasından olan geyimlərdən istifadə edib.

“Vətən oğlu” klipi sənətçinin rəsmi “Youtube” kanalında yerləşdirilib.


Geri qayıt