Əsas Səhifə > Şou-biznes > "Məmur övladları əvvəl orduya könüllü yazılıb səfərbərliyin qarşısında şəkil çəkdirirdilər"

"Məmur övladları əvvəl orduya könüllü yazılıb səfərbərliyin qarşısında şəkil çəkdirirdilər"


22-12-2020, 09:25
"Məmur övladları əvvəl orduya könüllü yazılıb səfərbərliyin qarşısında şəkil çəkdirirdilər"
“Məmur övladları əvvəl orduya könüllü yazılıb səfərbərliyin qarşısında şəkil çəkdirirdilər, amma müharibə başlayan kimi qeybə çəkildilər”

Xalq artisti Şeyx Əbdül Mahmudov ölkədə baş verən bir çox hadisələrə münasibətini bildirib. Ş.Əbdül Moderator.az-a açıqlamasında ölkəmizdə koronavirusun ikinci dalğasına görə narahat olduğunu bildirib:

“İndi elə bir ailə yoxdur ki, orda koronavirus xəstəsi olmasın. Hələ də insanların çoxu koronavirusun olduğuna inanmır. Amma bu gün artıq virusa görə dünya dağılır. Nədənsə bizə bu cür hadisələr gec çatır. Bu yüz il ərzində erməni doqquz dəfə başımıza oyun açdı, amma yenə əhəmiyyət vermək istəmirdik, amma iki yüz ildən sonra bildik ki, sən demə, erməni bizim düşmənimiz imiş”.

Xalq artisti Vətən müharibəsindən də danışıb və hər şeyi Paşinyanın boynuna yıxmağın doğru olmadığını bildirib:

“Qarabağda baş verənlər Paşinyanlıq deyil, o, sadəcə agentdir. Burda da məqsəd Ermənistanı Rusiyadan təcrid etməkdir. Rusiya özü də gözəl başa düşür ki, daha erməniyə ehtiyac yoxdur. Rusiyanın nə müsəlman, nə də türk ölkələri ilə problemi var. Ermənilər sadəcə bundan istifadə edib bütün işlərini gördülər və o cümlədən də Rusiyada vəzifələrdə oturdular. Qriboyedov ermənilərə həyatını vermişdi, amma axırda ona da xəyanət edib öldürdülər. Politoloqlar xüsusi sifariş icra edən siyasətçilərdir və Rusiyanın sifariş icra edən politoloqlarının 90 faizi ermənilərdir. O gün bir yazı oxuyuram yazır ki, SSR-i Politologiya Akademiyasının baş direktoru ermənidir. Təsəvvür edirsinizmi ki, bu dəhşətdir. İndi Rusiya ayılıb və bilir ki, ermənilər həyasızdırlar. Ölkə başçısı İlham Əliyev o gün çıxışında bildirdi ki, bu müharibə Paşinyanlıq deyil, Sarkisyanın və Köçəryanın hazırladığı müharibədir. Ona görə də Paşinyan bundan sonra bir az özünə gəldi. Ümumiyyətlə, Paşinyan hakimiyyətdə nə qədər qalsa, o qədər yaxşıdır. Ölkə başçısının ATƏT-in Minsk Qrupunu qovması elə-belə məsələ deyil. Anjey Kaspişikin ermənilərlə ortaq biznesi olmasıyla bağlı ortada faktlar var. Putin həyatı bahasına bu qədər bizə kömək etdi. Düzdür, insanlar onu söyür, amma bu belə deyil. Dünya siyasətində mümkün olmayan şeylər var. Putin əlindən nə gəlirsə, etdi və axırda sözünü də dedi. Ermənilər qanmır ki, apardıqları bu xəstə təbliğat onların əleyhinə işləyir, dünya bunlara tüpürür”.

Xalq artisti bundan sonra ölkəni çapıb-talayan məmurlarla bağlı sərt tədbirlər görülməsinin vaxibliyini vurğulayıb:

“Bu müharibə bizə imkan verdi ki, həm də içimizi təmizləyək. Böyük Şah İsmayıl Xətai deyir ki, içimiz təmiz olmadan heç bir böyük dövlət yarada bilmərik. Bizim içimizin təmizliyi də vətən müharibəsində bəlli oldu. Ölkə başçısı böyük şəxsiyyətini ortaya qoydu, cəsarət göstərdi və hər şey də uğurlu oldu. Amma burda içimizdə böyük bir xəyanət var və o da məmurlar, Azərbaycanı çapıb-talayan icra başçıları, biznesmenlər, Bakını tikinti aparıb xaraba qoyanlardır. Mən təklif edirəm ki, həmin məmurların vətən müharibəsində ailələrindən kiminsə iştirak edib-etməməsi yoxlanılsın. Biri düşmənə güllə atıbmı? Onlara bir qəlpə dəyibmi? Məmur övladları əvvəl orduya könüllü yazılıb səfərbərliyin qarşısında şəkil çəkdirirdilər, amma müharibə başlayan kimi qeybə çəkildilər. Döyüşdə iştirak etməyən məmur övladlarının var-dövlətləri müsadirə edilib qazilərimizə, şəhid ailələrimizə verilsin.

Mən Azərbaycan Ağsaqqallar Şurasına müarciət edirəm. Bu gün Azərbaycanda mənim kimi bir neçə nəfər ləyaqətli ağsaqqal var. Amma mən o şuranın qapısını tanımıram. Mən də ora üzv olub iş görmək istəyirəm. Çünki Azərbaycan üçün ən yaxşı sima, qınaq ağsaqqal sözüdür”.

Geri qayıt