Əsas Səhifə > Şou-biznes > "Kəndimiz çox pis vəziyyətdədir"

"Kəndimiz çox pis vəziyyətdədir"


18-12-2020, 18:14
"Kəndimiz çox pis vəziyyətdədir"
Xəbər verdiyimiz kimi müğənni Eldəniz Məmmədov 27 ildən sonra öz doğma kəndi Füzulinin Sərdərli kəndinə gedib.

Müğənni Moderator.az-a açıqlamasında digər yerlərimiz kimi doğma kəndinin də ermənilər tərəfindən dağıdıldığını bildirib:

“Biz Füzuliyə gedəndə konsert verməliydik, amma elə oldu ki, alınmadı. Mən də bu illər ərzində ilk dəfə idi ki, kəndimizə getdim. Ürəyim ağrıdı, hər yer xaraba qalıb. Kəndimiz çox pis vəziyyətdədir. Bizim kənd qoz ağacı meşəsiylə dolu olan bir kəndir və buna görə kəndimizə Qozlu çay dərəsi də deyirlər el arasında. Meşədə indi bir neçə qoz ağacı qalıb, ermənilər hamısını qırıblar. Bizim həyətimizdə də böyük bir qoz ağacı var idi və onu da yerli-dibli ermənilər yox ediblər. Gələcəyinə əlbəttə, kəndimizə qayıtmaq fikrimiz var. Hazırda orda minalardan təmizləmə işləri gedir. Təbii ki, dövlətimiz də o yerlərin abadlaşdırılması üçün işlər görəcək”.

Geri qayıt