Əsas Səhifə > Şou-biznes > “İllər sonra da hər kəs bilməlidir ki, bu oğullar vətən uğrunda nələr ediblər”

“İllər sonra da hər kəs bilməlidir ki, bu oğullar vətən uğrunda nələr ediblər”


16-12-2020, 08:23
“İllər sonra da hər kəs bilməlidir ki, bu oğullar vətən uğrunda nələr ediblər”
Vətən Müharibəsi, işğaldan azad edilən torpaqlarımızla bağlı bəzi dövlət qurumları tərəfindən təşkil edilən müsabiqələrdə bir srıa nominasiyalarla yanaşı, mahnı nominasiyası da mövcuddur.

8 noyabr zəfəri və müharibə qəhrəmanları ilə bağlı bu cür müsabiqələrin təşkili həm Vətən Müharibəsində göstərilən igidliklərin əbədiləşdirilməsi, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından nə dərəcədə əhəmiyyətlidir?

Moderator.az-a açıqlama verən Xalq artisti Mübariz Tağıyev bu cür müsabiqələrə böyük ehtiyac duyulduğunu bildirib:

“Vətən Müharibəsi, azad edilən torpaqlar, əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlarla bağlı musiqi nominasiyası üzrə müsabiqələrin keçirilməsi təşəbbüsü əla ideyadır. Hesab edirəm ki, bu müsabiqələrin sayı çox olmalıdır. Bu cür mahnılların yazılması çox vacibdir. Şəhidlərimiz, qəhrəmanlarımız var. Onların xatirəsinin əbədiləşdirilməsi vacibdir.

Sovet dönəmində adlı-sanlı tarktorçuya mahnı qoşulurdu. Yaxud, sosialist əməyi qəhrəmanlarına mahnı həsr edilirdi. Belə olduğu halda, indi niyə qəhrəmanlarımıza mahnılar qoşmayaq? Hərbçilərimiz, onların göstərdiyi qəhrəmanlıqlar mahnılarda da yaşamalıdır. Illər sonra da onlar yada salınmalıdır. Hər kəs bilməlidir ki, bu oğullar vətən uğrunda nələr ediblər.

Mənə elə gəlir ki, bu cür müsabiqələrin keçirilməsi olduqca təqdirəlayiqdir”.

Geri qayıt