Əsas Səhifə > Şou-biznes > "Onsuz da restoran, mağazalar bağlıdır, SMS icazə nəyə gərək?"

"Onsuz da restoran, mağazalar bağlıdır, SMS icazə nəyə gərək?"


15-12-2020, 12:30
"Onsuz da restoran, mağazalar bağlıdır, SMS icazə nəyə gərək?"
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva çölə çıxmaq üçün rəsmi icazə verilməməsindən gileylənib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan Aynişan evdən çıxa bilmədiyi üçün vergini necə ödəyəcəyini düşündüyünü yazıb:

“Onsuz da restoran, mağazalar bağlıdır. SMS icazə nəyə gərək? Mən niyə işlərimi görə bilmirəm? Hər çəkdiyim reklam xarakterli paylaşımıma görə vergi verirəm və bizim işimiz pandemiya dövründə çalışa bilir. Bəs niyə yararsız hesab edilir? Amma vergi ödəmələri gecikmir. Bəs onda necə edək? Niyə rəsmi icazə almağa bizim hüququmuz yoxdur?

İnanmıram ki, kimsə əyləncə olsun deyə şəhərə çıxır. Hər kəs məcburiyyətdən çıxır, həmçinin mən də. Sözüm odur ki, çalışmağa icazə vermirsinizsə, vergimizi necə verəcəyik?”

"Onsuz da restoran, mağazalar bağlıdır, SMS icazə nəyə gərək?"


Geri qayıt