Əsas Səhifə > Şou-biznes > "Hər bir əsgərimizə sonsuz təşəkkürlərimi bildirirəm"

"Hər bir əsgərimizə sonsuz təşəkkürlərimi bildirirəm"


14-12-2020, 17:30
"Hər bir əsgərimizə sonsuz təşəkkürlərimi bildirirəm"
Müğənni Günay İbrahimli Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətinə mahnı həsr edib.

Musavat.com xəbər verir ki, “Zəfər nəğməsi” adlanan mahnının müəllifi Aygün Səmədzadədir. Bəstənin aranjemanı Əvəz Muradova aiddir. İfaçı yeni mahnısını kliplə birgə rəsmi “YouTube” kanalında sevənlərinin ixtiyarına verib.

“Yaşadığımız zəfərə görə başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev olmaqla hər bir əsgərimizə sonsuz təşəkkürlərimi bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin!”, - deyə müğənni bildirib.
Qeyd edək ki, klipin rejissoru isə Dele Orucludur.




Geri qayıt