Əsas Səhifə > Şou-biznes > "Bakıya gələ bilmirəm yollar bağlıdır"

"Bakıya gələ bilmirəm yollar bağlıdır"


14-12-2020, 15:50
"Bakıya gələ bilmirəm yollar bağlıdır"
Müğənni Fədayə Laçın sənət dostlarını tənqid atəşinə tutub.

Musavat.com xəbər verir ki, o, “İnstagram”da canlı yayıma qoşulub. Müğənni sənətçilərin botoks etdirərək üzlərini tanınmaz hala saldığını bildirib:

"Üzlərini o qədər doldururlar ki, yanaq qalxır, mimikaları itir. Nə ağladıqları, nə güldükləri hiss olunmur. Mən də üzümə botoks etdirmək istəyirəm. Artıq yaş öz sözünü deyir, qırışlar başlayır. Amma yenə də 44 yaşıma görə üzüm yaxşı qalıb. Heç bir gecə-gündüz kremlərindən, gözətrafı vasitələrdən istifadə etmirəm. Mən üzümü botoksla doldurtmayacam. Təkcə gözümün yanını botoks etdirəcəm".

Fədayə Azərbaycana qayıda bilməməsini pandemiya ilə əlaqələndirib:
"Bakıya gələ bilmirəm yollar bağlıdır. İndi Azərbaycanda olsaydım, çoxdan işğaldan azad olunan dağlarda idim, ancaq oralarda oxuyardım".

Qeyd edək ki, müğənni həbsdən çıxdıqdan sonra Moskvaya köçüb.

Geri qayıt