Əsas Səhifə > Şou-biznes > "Çalışın maska, əlcəkdən istifadə edin, gigiyena qaydalarına əməl edin"

"Çalışın maska, əlcəkdən istifadə edin, gigiyena qaydalarına əməl edin"


14-12-2020, 14:26
"Çalışın maska, əlcəkdən istifadə edin, gigiyena qaydalarına əməl edin"
“Mən də koronavirusa yoluxdum. Test verdim və pozitiv çıxdı. Çox ağır keçirdim”.

Musavat.com xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli sosial şəbəkədə yazıb. A. Gəncəli insanlara özlərini qorumağı tövsiyə edib:

“İstəməzdim ki, kimsə bu xəstəliyi mənim kimi ağır keçirsin. Bunun bu qədər ağır olduğunu ağlıma da gətirməzdim.

Çalışın maska, əlcəkdən istifadə edin, gigiyena qaydalarına əməl edin. Evdən çölə çıxmayaq, bacardığımız qədər virusdan uzaq olaq”.

Geri qayıt