Əsas Səhifə > Şou-biznes > "Həmin adamlar qeyri-ixtiyari virusu yayırlar"

"Həmin adamlar qeyri-ixtiyari virusu yayırlar"


14-12-2020, 12:43
"Həmin adamlar qeyri-ixtiyari virusu yayırlar"
"Mən də Covid-19 virusuna yoluxdum. Təəssüf ki, insanlar arasında bu məsələyə məsuliyyətsiz yanaşanlar var".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Anar Heybətov sosial şəbəkədə yazıb. Aktyor koronovirus testinin pozitiv çıxdığını bildirib:

“Simptomları hiss edərkən, hərarət yuxarı olduqda bunu gizlədirlər. Həmin adamlar qeyri-ixtiyari virusu yayırlar. Burada ayıb və utanılası bir şey yoxdur. Test verin və evdən çıxmayın, müalicə olunun. Hər kəs özünü, yaxınlarını qoruyarsa, tezliklə bu koronavirusa qalib gələrik. Şükür, artıq ağır günlər keçib. Allah hamıya şəfa versin".

Geri qayıt