Əsas Səhifə > Şou-biznes > "Heç bir dünya ölkəsində qısa zamanda belə tarixi gün yaşanmayıb"

"Heç bir dünya ölkəsində qısa zamanda belə tarixi gün yaşanmayıb"


10-12-2020, 08:31
"Heç bir dünya ölkəsində qısa zamanda belə tarixi gün yaşanmayıb"
“Azərbaycan az bir müddətdə böyük tarix yazdı. Heç bir dünya ölkəsində qısa zamanda belə tarixi gün yaşanmayıb, bu cür qələbə qazanılmayıb. Bu tarixi qələbəni bizə yaşadan cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm. Şəhidlərimizin, onların valideynlərinin qarşısında baş əyirəm. Allahdan qazilərimizə uzun ömür, can sağlığı arzu edirəm. Fəxr edirəm ki, bu cür müzəffər ordumuz, prezidentimiz var. Uşaqdan böyüyə hamı prezidenti çox istəyir və onun ətrafında yumruğ kimi birləşir. Eşq olsun mənim dahi prezidentimə”.

Bunu Moderator.az-a Xalq artisti Fatma Mahmudova deyib.Tanınmış aktrisa həmçinin doğulub boya-başa çatdığı Ağdam şəhərindən, ordakı xatirələrindən də danışıb.

“Nədənsə televiziyalarda yalnız Ağdamdan olan xanəndələri, müğənniləri görürəm. Düzdür, Ağdam musiqinin, muğamın beşiyidir, amma Ağdamın görkəmli alimləri, professorları, həkimləri də var. Ən əsası da görkəmli teatr xadimləri olub. Ağdamda 1937-ci ildə teatr fəaliyyətə başlayıb. Bu tarixi məndən soruşun, çoxu heç bilmir orda nə olub, nə olmayıb? Vaxtilə Siqdi Ruhulla da o teatrda işləyib. 1968-ci ildə teatrın pərdələri yenidən bizlə, Tofiq Qarayevlə, Aida Qasımova ilə açılıb. Həyat yoldaşım Tofiq Qarayev bəlkə də çox yaşayardı, amma o Ağdamsız yaşaya bilmirdi, qala bilmirdi. Qala da bilmədi..

Çox təəssüf ki, o boyda dahi sənətkarı xalq görmədi, tanımadı. Tofiq 6-7 il milli orduda döyüşüb, mən də aktrisa kimi istər onunla, istərsə də teatrın kollektivi ilə cəbhə bölgələrində olmuşam. Evim Ağdam teatrı ilə üzbəüz idi, amma görüntülərdə evimi görmədim (ağlayır). Dağıdıblar evimi..O boyda 3 mərtəbəli bina yox idi, heç nəyi görə bilmədim. Heç nə qalmayıb, Allah onlara lənət etsin. Eybi yoxdur, bina olmasa da yeri ordadır, onun yerinə, teatrın sütunlarına qurban olum. Çünki mən o teatrla nəfəs almışam, bir gün istirahət veriləndə dözə bilmirdim, yenə də gedirdim ora” - deyə Xalq artisti bildirib.

Geri qayıt