Əsas Səhifə > Şou-biznes > "Kreditlər dondurulmadı, xəstəxanalarda yer yox, dərman tapılmır..."

"Kreditlər dondurulmadı, xəstəxanalarda yer yox, dərman tapılmır..."


9-12-2020, 10:05
"Kreditlər dondurulmadı, xəstəxanalarda yer yox, dərman tapılmır..."
"Bu dünya-aləm xəstələnib qurtarandan sonra peyvənd kimə lazımdı ki? Sms icazə, sərhədlərin bağlanması, işsizlik nəyə xeyirdi? Onsuz da ucdan tutma dedikləri kimi oktyabrdan bəri hamı xəstələnir. Elə bil Nastradamusdular... Plan nədi? B planı, C planı və yaxud X planı?".

Open.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

Sənətçi koronovirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən qadağalara etirazını bildirib: "Camaatın kreditləri dondurulmadı, faizlər dayandırılmadı, xəstəxanalarda yer yoxdur. Təcili yardım heç cavab vermir. Bəllidir ki, yorulublar, beziblər. Yəni yaxşılığa doğru dəyişiklik yoxdur. Bu SMS nədi axı girib ömrümüzə?

Təmiz hava almasın heç kəs? Bir ailədə hamı xəstədirsə, evdən çıxa bilmirsə, kim alsın çörəyi, kim bişirsin yeməyi, hansı pulla etsinlər bunu? Hansı pulla dərman alsınlar? 9 aydır dünyada pandemiyadı, hələ də apteklərdə dərmanlar tapılmır. Niyə? Bilirsiz də artıq, çox edin dərman sifarişini. Od qiymətinə satılır dərmanlar. Tanışı olan tapır ancaq. Nədi də bu dəhşət?".

Geri qayıt