Əsas Səhifə > Şou-biznes > "Hindistan mənim ikinci sevdiyim ölkələrdən biri idi"

"Hindistan mənim ikinci sevdiyim ölkələrdən biri idi"


7-12-2020, 15:44
"Hindistan mənim ikinci sevdiyim ölkələrdən biri idi"
“Hindistan mənim ikinci sevdiyim ölkələrdən biri idi. Onlardan dəstək görməmək məni də çox kədərləndirdi. Hindistanda çox dostlarım var. Oradakı dostlarımın yalnız 5 faizi Qarabağ hadisələrini sosial hesablarında paylaşıb, izləyiciləri ilə bölüşdülər”.

Bu sözləri aktrisa-rəqqasə Oksana Rəsulova Musavat.com-a açıqlamasında deyib. O bildirib ki, dostlarından dəstək gözləyir:

“Dövlət olaraq bizə dəstək olmadılar. Açıq danışsaq, onlardan ürəyim qırıldı. Amma Azərbaycanda yaşayan Hindistanlılar Assosiasiyası bizim Ordumuza dəstək məqsədilə yaradılan fonda 10 min manat pul köçürdü. Burada yaşayan hindistanlılar torpaqlarımız işğaldan azad olunduğu gün yürüş etdilər, şirniyyatlar payladılar. Bu haqq davamızda pakistanlılar da öz dostluqlarını sübut etdilər, sağ olsunlar. Təəssüflər olsun ki, Hindistanda yaşayan dostlarmdan bunu görmədim”.

Oksana bildirib ki, işğaldan azad olunan torpaqlarımızda gəzməyi çox istəyir:
“Bizim qəhrəman övladlarımız var. Bir daha necə mərd xalq olduğumuzu sübut etdik. Əsgərlərimizin sosial şəbəkədə yayılan videolarını daim izləyirəm. Çox zaman gözyaşlarımı saxlaya bilmirəm. Çox istəyirəm işğaldan azad olunan torpaqlarımızda gəzim, doyunca havasını udum”.

Geri qayıt