Əsas Səhifə > Şou-biznes > "Görün onun necə böyük bir siyasəti var"

"Görün onun necə böyük bir siyasəti var"


7-12-2020, 08:10
"Görün onun necə böyük bir siyasəti var"
Torpaqlarımızın işğaldan azad olunması xəbərinə sevinənlər sırasında Xalq artisti, məşhur diktor Roza Tağıyeva da var. Uzun illərdir müsahibə verməkdən imtina edən əfsanəvi diktor sükutunu Moderator.Az-a danışmaqla pozub.

Moderator.Az əməkdaşının telefon zənginə cavab verən Roza Tağıyeva sevincini bu sözlərlə dilə gətirib.

“Siz bilirsiz ki, mən heç vaxt müsahibə vermirəm, bu mənim həyat prinsipimdir. Bütün jurnalistlər bunu bilib mənə çox nadir hallarda zəng edirlər. Əminəm ki, bunu siz də bilirsiz (gülür). Amma sevincimi istərdim qısaca olaraq bu sözlərlə ifadə edim. Hamının dilində bu dəqiqə bir söz var - qalib Azərbaycan! Bəli, uzun illərdir biz bu qalibiyyəti, zəfər günlərini gözləyirdik. Bizə bu qalibiyyəti yaşadanlar var. Onlar bizim şəhidlərimiz, əsgərlərimiz, hərbçilərimiz, bir də prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Görün onun necə böyük bir siyasəti var. O qədər sevinirəm ki. Sevinmirəm ee, sevincdən dəli oluram. Xalqımızla fəxr edirəm, qoy sevincimiz, qələbəmiz daimi olsun” - deyə Roza Tağıyeva bildirib.

Geri qayıt