Əsas Səhifə > Şou-biznes > “İmkan verin qəhrəmanlarımızı “instagram”, “tik-tok”la yox, böyük filmlər vasitəsilə xalqa tanıdaq”

“İmkan verin qəhrəmanlarımızı “instagram”, “tik-tok”la yox, böyük filmlər vasitəsilə xalqa tanıdaq”


4-12-2020, 18:06
“İmkan verin qəhrəmanlarımızı “instagram”, “tik-tok”la yox, böyük filmlər vasitəsilə xalqa tanıdaq”
“Mədəniyyət Nazirliyi və kino çəkilişlərinə aidiyyatı olan qurumlar! Çox xahiş edirəm, imkan verin əsgərlərimizin və şəhidlərimizin qəhrəmanlıqlarını tək “instagram”, “tik-tok”la yox, həm də böyük filmlər vasitəsilə xalqa tanıdaq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri rejissor Kənan Mahmudov sosial şəbəkədə qeyd edib.
O bildirib ki, bir azdan “instagram”, “tik-tok” öz aktuallığını itirəcək sonra hər birmiz vicdan əzabı çəkəcəyik: “Onsuzda əvvəlki rusdilli nazir nəyi var yedi. İnşallah dövlət dəstək olar. Bizi “vine” çəkənlərin mənasız sponsorlarına möhtac etməyin. Rəsmi bir cavab verin, biz də işimizi bilək. Ya həyatımızın qalan hissəsini qəhramnlarımızın, şəhidlərimizin həyatını işıqlandıraq, ya da çıxaq gədək, kimə harda lazımıq, harda dəyərliyik ora. Amma vicdanla, ədalətlə. Kreslolar, kabinetlər müvəqqətidir amma qəhrəmanlar və onları əks etdirən tarxi filmlər əbədi. İmkan yaradın istedadımızı, təcrübəmizi şəhidlərimizin yollarına fəda edək. İnairam ki, aranızda şərəfli, qeyrətli mərd insanlar var”.

Geri qayıt