Əsas Səhifə > Şou-biznes > "Hamı deyirdi, nə qədər filmə çəkilirsiz?"

"Hamı deyirdi, nə qədər filmə çəkilirsiz?"


4-12-2020, 09:05
"Hamı deyirdi, nə qədər filmə çəkilirsiz?"
Aktyor Fərda Xudaverdiyev işsizlikdən gileylənib.

Lent.az -ın məlumatına görə, yumor ustası bu barədə "Xəbər-ətər" verilişində danışıb:

"Karantin olmayanda güclə qazanırdıq. Olanda isə lap gəlir yerimiz bağlandı. Müğənnilərin gəliri toydan, bizdə isə filmdən idi. Hamı deyirdi, nə qədər filmə çəkilirsiz? İndi onlar da, biz də dincəldik.

Film yoxdur. Bu da o deməkdir ki, bir ildir iş yoxdur. Bizdə qonorar elə də çox olmur. Çəkildiyin filmin pulun alırsan, o qalaya hazır olana kimi pul qurtarır. Hansı aktyor bir ildə iki-üç filmə çəkilmək istəyər?

Ssenaristlər, rejissorlar bilir ki, dialoqlara rəng qatıram. 3 filmdə özümü çox xərcləyirəm. Qonorar yaxşı olsaydı, ildə bir filmə çəkilib dincələrdim".

Geri qayıt