Əsas Səhifə > Şou-biznes > "Həyat yoldaşım mənim mahnıma Cıdır düzündə, İsa bulağında təkrar-təkrar qulaq asmışdı"

"Həyat yoldaşım mənim mahnıma Cıdır düzündə, İsa bulağında təkrar-təkrar qulaq asmışdı"


1-12-2020, 09:10
"Həyat yoldaşım mənim mahnıma Cıdır düzündə, İsa bulağında təkrar-təkrar qulaq asmışdı"
“Baxmayaraq ki, özüm şimal bölgəsindəyəm və hətta həyat yoldaşımla necə tanış olub, ailə qurmağımızla bağlı Lider TV-də bir film çəkilmişdi. Həyat yoldaşım mənim mahnıma Cıdır düzündə, İsa bulağında təkrar-təkrar qulaq asmışdı”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Bəsti Bəkirova deyib. Sənətçi hətta özünə şəhid anası olmağı arzuladığını bildirib:

“Qələbə hissləri çox gözəl hisslərdir, onu sözlə ifadə etmək mümkün deyil. O hisslərin həddi-hüdudu yoxdur, qanadım olsaydı, uçardım. Baxmayaraq ki, özüm şimal bölgəsindəyəm və hətta həyat yoldaşımla necə tanış olub, ailə qurmağımızla bağlı Lider TV-də bir film çəkilmişdi. Həyat yoldaşım mənim mahnıma Cıdır düzündə, İsa bulağında təkrar-təkrar qulaq asmışdı. Biz belə ailə qurmuşuq. İnsan vətənə görə canından keçirsə, bundan o yanası yoxdur. Bunu əvvəl də demişəm, indi də deyirəm, iki oğlum var, istəyərdim ki, biri şəhid olsun. Deyirdim ki, kaş ki, mən də şəhid anası olardım. Oğlumu səfərbərliyə göndərdim, amma geri qaytarıb demişdilər ki, çağıranda gələrsən. Axır ki, müharibəyə aparmadılar. Amma qardaşımın oğlu, qayınımın iki oğlu hələ də cəbhədədir. Gecə-gündüz Allaha yalvarırdım ki, oğlumun biri o torpaqlar uğrunda vuruşsun və hətta şəhid olsun. Vətən candan da əzizdir. Mən gözləyirəm ki, icazə verilsin, o yerlərə gedim. O alçaq ermənilər hər yeri minalayıblar və indi ora getmək olmaz, gərək qanuna riayət edək. Bundan sonra gedib o yerlərdə qalacam”.

Geri qayıt